2 fevral 2016 13:40
AFFA Turanı çempionatdan kənarlaşdırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində aşağı yaş qrupları üzrə komandalar arasında çempionatlarla da bağlı bəzi qərarlar çıxarılıb:
26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Kəpəz” – “Xəzər Lənkəran” matçının 25-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Əliağa Məmmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.
26 yanvar 2016-cı il Boulevard Hotel U-15 Liqasının “Turan” İB – “Qarabağ” matçında “Turan” İB klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrar olunduğuna görə klub yarışlardan kənarlaşdırılır.
