2 fevral 2016 13:20

Namiq Ələsgərov: Debüt matçında qol vurmağı çox istəyirdim

“Bilirsiniz ki, “Qəbələ” çempionatın ən yaxşı komandalarından biridir. Əvvəlcədən oyunun çətin keçəcəyini bilirdik və buna uyğun da hazırlaşmışdıq”. Azerisport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni futbolçusu Namiq Ələsgərov deyib.

Klub saytına açıqlama verən futbolçu Topaz Premyer Liqasının 19-cu turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyunu (3:0) haqda fikirlərini bölüşüb: “Matça yaxşı hazırlaşmışdıq və bu da nəticədə özünü əks etdirdi. Komandamız meydanda çox yaxşı mübarizə apardı. Çox istəkli idik və şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Qələbə qazana bildik”.

Ələsgərov qış transfer pəncərəsi dövründə “Kəpəz”ə keçib. Yarımmüdafiəçi mövsümün sonuna kimi “Qarabağ”dan icarəyə götürülüb. Gəncə klubuna yeni keçməsinə baxmayaraq komandaya uyğunlaşa bilib: “Komandaya gəldiyim az müddətdir. Yevlaxda təlim-məşq toplanışında iştirak etdim və tezliklə kollektivə uyğunlaşa bildim. Oyunda futbolçularla anlaşmada problem yaranmadı. Heyətdəki uşaqların bəzisi ilə əvvəllər bir yerdə oynamışıq. İstər klub, istərsə də yığma komandalar səviyyəsində. Bir-birimizi yaxşı tanıyırıq. Ona görə də oyunda onları başa düşməkdə çətinlik çəkmədim”.

Gənc futbolçunun “Kəpəz”də debütünün həm özü, həm də komanda üçün uğurlu alınması sevindirici olmaya bilməz. “Sarı-göylər”in heyətində ilk oyunda qol vuran futbolçu qələbədə pay sahibi olub: “Debüt matçında qol vurmağı çox istəyirdim. Yaranan vəziyyətdən istifadə edə bildiyim üçün sevinirəm. Gələcək oyunlarda da fərqlənməyə çalışacağam”.

Namiq “Qəbələ”yə qarşı oyunda “Kəpəz”ə dəstək verən yerli azarkeşlər haqda da danışıb: “Məncə, qazandığımız qələbədə azarkeşlərin rolu, xidməti danılmazdır. Çoxdan idi ki, bu qədər tamaşaçının qarşısında oynamamışdım. Fanatlar həqiqətən də möhtəşəm idilər. Ümid edirəm ki, hər oyun belə olacaq və biz də onları qələbələrlə sevindirməyə çalışacağıq”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.