2 fevral 2016 12:20
Yalnız Sumqayıt cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 19-cu turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” - “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
