Eddi İsrafilov: Kordobaya keçməklə düzgün addım atdım
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın "Kordoba" klubuna transferindən danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bu transferdən çox razıyam. "Kordoba" böyük klubdur. Klubun idman direktoru Emilio Veqa mənə zəng edərən tərəddüdsüz razılaşdım. Fikrimcə, tək özüm yox, eyni zamanda ailəm üçün də düzgün qərar qəbul etdim".
Eddi İspaniyanın ikinci liqsının səviyyəsindən də danışıb: "Sequnda çox ağır turnirdir. Hələ vaxtilə "Real Mursiya"da çıxış edərkən La Liqaya vəsiqə uğrunda "Kordoba"ya pley-off matçında necə uduzduğumuzu yaxşı xatırlayıram. Burada inanılmaz rəqabət var. Hər bir komanda istənilən oyunda qələbə qazana bilər. Hətta turnir cədvəlinin alt pillələrində də qərarlaşsa".
"Ümid edirəm ki, azarkeşlərin inam və etibarını qazana biləcəyəm. Məhz onların dəstəyi sayəsində ümidləri doğrultmaq və hər kəsin sevgisini qazanmaq istəyirəm".
23 yaşlı xavbek meydandakı mövqeyindən də söz açıb: "Yarımmüdafiənin istənilən mövqeyində çıxış edə bilərəm. Yeni komandamda da rəqabət böyükdür. Amma əminəm ki, komandama faydalı ola biləcəyəm". (klub saytı)
