2 fevral 2016 11:00
Ruslan Qurbanov: Qarabağ və Qəbələnin uduzması mənim üçün gözlənilməz oldu
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maraqlı oyun alındı. Hər iki komandanın qol vurmaq şansları oldu. Biz öz qol vəziyyətimizi reallaşdıra və qələbə qazana bildik. Kimdən xal almağımız önəmli deyil. Hədəf hər oyunda qələbə qazanmaqdır. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmalıyıq. Matçın sonunda əvəzlənməyimi xahiş etdim. Çünki ayağımda ağrı var idi. Turun digər oyunlarına gəlincə, "Qarabağ"la "Qəbələ"nin məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Bu, bir daha göstərir ki, məğlub edilməyəcək komanda yoxdur".
