2 fevral 2016 00:20
Eratın qolu Fortunaya qalib gəlməyə kömək etdi
Almaniya Qərb Regional Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Videnbruk"la qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat görüşün 84-cü dəqiqəsində əvəzlənib. Oyunda hesabı da məhz Erat açıb. Toğrul 21-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 28 xalla 19 klub arasında 8-ci pillədə qərarlaşıb.
