2 fevral 2016 00:00
Kəpəz AZAL-la oyunun hazırlıqlarına başladı
“Kəpəz” bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, sözügedən klub Topaz Premyer Liqasının 20-ci turunda Gəncədə qarşılaşacağı AZAL-la oyunun hazırlığına ötən gündən Bakıda başlayıb.
Qarşıdakı dörd gündə “Dalğa Arena”da məşq edəcək “sarı-göylər” oyundan bir gün öncə Gəncəyə gələcək. Fevralın 6-da matçın keçiriləcəyi şəhər stadionunda keçiriləcək sonuncu hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq. (klub saytı)
