1 fevral 2016 19:00
İsrafilovun yeni klubu bəlli oldu
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun yeni klubu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra o, Sequnda Liqada çıxış edən "Kordoba"da top qovacaq.
Qeyd edək ki, müqavilə ilə üçüncü liqa klubu "Real Mursiya"ya məxsus olan İsrafilov mövsümün əvvəlini La Liqa təmsilçisi "Eybar"da keçirmişdi. Amma o, elita klubunda çox oyun şansı qazanmadığından iş yerini dəyişməyə qərar verib və "Kordoba"ya keçib. Sequnda Liqa təmsilçisi də onu icarəyə götürüb. Tibbi müayinədən keçən futbolçu yeni klubu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
"Kordoba" ikinci liqada 39 xalla üçüncü pillədə qərarlaşıb.
