1 fevral 2016 18:00
Elxan Məmmədov UEFA komitəsinin iclasında
Bu gündən etibarən Fransanın paytaxtı Paris şəhərində UEFA-nın İdarəetmə və Audit Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi, qeyd olunan komitənin üzvü Elxan Məmmədov iclasda iştirak edəcək.
AÇ-2016-nın təşkilati məsələlərinin auditi ilə bağlı müzakirələrin aparılacağı iclas öz işini fevralın 3-də yekunlaşdıracaq.
Xatırladaq ki, İdarəetmə və Audit Komitəsinin digər üzvləri Avstriya və Finlandiya futbol federasiyalarını təmsil edir.
