1 fevral 2016 18:15
Elgün Uluxanov Qarabağa transferindən danışdı
"Qarabağ"ın yeni transferi Elgün Uluxanov Ağdam klubuna transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mənim üçün hazırda daha vacib olan yaxşı forma toplamaqdır. Böyük təcrübəyə malik futbolçulara məşq edirəm. Bu, mənim üçün böyük sevincdir. Əlbəttə, bu, mənə böyük fayda verir. Buna əminəm. Əvəzedici komandada çıxış edəcəyəm. Əsas komandada məşq etməklə də özümü yaxşı tərəfdən göstərməyə çalışacağam".
