1 fevral 2016 17:30
Roman Qriqorçuk braziliyalı ilə bağlı qərar verməyib
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk baxışa dəvət etdikləri braziliyalı futbolçu Emersonla bağlı yekun qərar verməyib. Azerisport.az xəbər verir ki, 25 yaşlı futbolçu hələ də baxışdadır.
Amma ukraynalı mütəxəssisin bu həftə onun komandaya lazım olub-olmadığına dair qərar verməsi gözlənilir.
