1 fevral 2016 17:00
Qaradağ Lökbatan Şaxtyorun futbolçusundan imtina edib
Qazaxıstanın "Şaxtyor" klubunun azərbaycanlı hücumçusu Akif Həsənovun birinci divizion klubu "Qaradağ Lökbatan"a keçdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yaymışdı.
Lakin "Qaradağ Lökbatan"dan saytımıza verilən məlumata görə, onlar bu futbolçu ilə müqavilə imzalamayıblar. Baş məşqçi Əfqan Talıbov ona ehtiyac duymayıb.
Maraq üçün qeyd edək ki, bir müddət öncə "Neftçi"də baxışda olan Həsənov baş məşqçi Əsgər Abdullayev tərəfindən də bəyənilməmişdi.
