1 fevral 2016 16:30
Neftçinin 6 futbolçusu milli komandada
2016-cı ildə Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, fevralın 2-dən 10-dək Bakı şəhərində baş tutacaq hazırlıq prosesinə “Neftçi”nin 6 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar. (klub saytı)
