1 fevral 2016 15:30

Stanislav Namaşko 545-ə çatdı

AZAL-ın quru oyunlar seriyası 6-ya çatıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 19-cu turunun “Qarabağ”la qarşılaşmasında (1:0) da qol buraxmayan paytaxt təmsilçisi sonuncu dəfə 2015-ci noyabrın 23-də qapısında qol görüb.

“İnter”lə 13-cü turun matçında 0:2 hesabı ilə uduzan “təyyarəçilər”in qapıçısı Stanislav Namaşkonu Abbas Hüseynov 85-ci dəqiqədə məyus edib. Bundan sonra moldovalı qolkiper “Sumqayıt”, “Rəvan”, “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”la görüşlərdə qapısını toxunulmaz saxlayıb. Onun quru seriyası 545 dəqiqəyə çatıb. Bakı klubunun bu göstəricidə rekordu Rauf Mehdiyevə məxsusdur – 746 dəqiqə.

Cari mövsümün rekordunu isə Dmitri Bezotosnı (“Qəbələ”) müəyyənləşdirib – 729 dəqiqə. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.