1 fevral 2016 15:15
Eddi İsrafilov Kordobaya keçir?
Azərbaycan yığmasının və İspaniyanın "Real Mursiya" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovun yeni komandasının adı bu gün müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, İspaniyada transfer pəncərəsi bu axşam saat 23:59-da bağlanacaq.
23 yaşlı xavbekin xidmətində isə bir neçə Sequnda Liqa klubu maraqlıdır. İsrafilovu heyətinə qatmağa ən çox yaxın olan "Kordoba"dır. Amma "Eybar"dan ayrılan millimizin üzvünü "Alaves"lə "Malyorka" da istəyir. Eddinin başqa ölkələrdən təklif aldığı da bildirilir.
Qeyd edək ki, "Kordoba" Sequnda Liqada 39 xalla 3-cü pillədə qərarlaşıb. "Alaves" 43 xalla liderdirsə, "Malyorka" 26 xalla 16-cıdır.
