1 fevral 2016 14:20
Qarabağ Krasnodarın sabiq futbolçusu ilə müqavilə bağladı
"Qarabağ" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Ağdam klubu Rusiyanın "Krasnodar" klubunun sabiq yarımmüdafiəçisi Elgün Uluxanovla güclənib.
Artıq tərəflər rəsmi müqavilə də imzalayıblar. Anlaşmanın müddəti il yarımdır. Uluxanov 23 nömrəli forma ilə çıxış edəcək.
