1 fevral 2016 14:00
Zirənin futbolçuları maaşın köhnə valyuta ilə verilməsini xahiş etdi
Zirənin futbolçu və məşqçi heyəti klub rəhbərliyinə maraqlı jest edib. Azerisport.az xəbər verir ki, maaşlarını dollarla alan futbolçu və məşqçilər pullarının köhnə valyuta məzənnəsi (1 dollar 1.05 AZN) ilə verilməsini xahiş ediblər.
Qeyd edək ki, hazırda 1 ABŞ dolları 1.60 AZN təşkil edir. Məhz bu üzdən klubun daha ciddi problemlərlə üzləşməməsi üçün paytaxt təmsilçisinin kollektivi rəhbərliyə çətin anda dəstək olmağa çalışıb.
Rəhbərliyin bu təklifi müsbət qarşıladığı bildirilir.
