1 fevral 2016 13:45
Eddi İsrafilov Eybardan ayrıldı
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya La Liqasında çıxış edən "Eybar"dan ayrılıb. Azerisport.az xəbər verir ki, müqavilə ilə "Real Mursiya"ya məxsus olan futbolçunun elita təmsilçisi ilə mövsümün sonunadək icarə anlaşması olsa da, tərəflər əməkdaşlığa erkən son qoymaqla bağlı qarşılıqlı razılığa gəliblər.
Hazırda futbolçu yeni klub axtarışındadır. Çünki İsrafilov İspaniya üçüncü liqasında çıxış edən "Real Mursiya"ya qayıtmağı arzulamır. Eddinin Sequnda Liqada çıxış edən "Alaves"ə keçidi gündəmdədir.
