1 fevral 2016 13:15
Rail Məlikov: Göstərdik ki, məğlubedilməz komanda yoxdur
AZAL-ın kapitanı Rail Məlikov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ" üzərində qazandıqları qələbəni (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqanın liderinə qarşı oynadığımız üçün çətin olacağını bilirdik. Buna baxmayaraq, qələbə qazanmağı çox istəyirdik. Bu oyunda uğur bizim tərəfimizdə oldu. Ağdam klubu ölkəmizdə ən güclüdür. Amma məğlubedilməz komanda yoxdur. Biz də bunu göstərdik. Bu qələbə bizim yeddinci pillədən yuxarı qalxmağımıza kömək etmədi. Amma avrokuboklar zonası ilə xal fərqimizi azaltmağa nail olduq. Bundan sonra da avrokuboklara vəsiqə uğrunda mübarizəmizi davam etdirəcəyik".
