1 fevral 2016 13:00
Neftçi futbol akademiyasının məşqçiləri ilə görüş keçirilib
“Neftçi”nin təlim-məşq bazasında klubun futbol akademiyasının məşqçiləri ilə görüş keçirilib. Azerisport.az xəbər verir ki, görüşdə “Neftçi”nin idman direktoru Vəli Qasımov, klubun seleksiya xidmətinin rəisi Bəxtiyar Musayev və seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov iştirak ediblər.
Tədbirdə aşağı yaş qrupu komandalarının bu mövsüm keçirdiyi oyunlar və futbolçuların hazırlıq səviyyəsi müzakirə edilib. Klubun idman direktoru Vəli Qasımov futbol akademiyasının fəaliyyətində qarşıya qoyulan hədəflər barədə məlumat verib. Daha sonra görüş aşağı yaş qrupu komandalarının məşqçiləri ilə fikir mübadiləsi şəraitində davam edib. (klub saytı)




