1 fevral 2016 12:45

Muarem Muarem: AZAL-a uduzacağımızı gözləmirdim

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- Qış fasiləsindən sonra AZAL-a qarşı keçirdiyiniz ilk oyunda məğlub oldunuz...
- Çətin oyun olacağını bilirdik. Süni örtüklü meydançada oynamaq ağır olur. Amma biz buna da hazır idik. Hesab edirəm ki, yaxşı oynadıq, qol vəziyyətlərimiz də oldu. Sadəcə, real qol şanslarından yararlanmağı bacarmadıq. AZAL isə ələ düşən yeganə şansdan maksimum yararlanıb, qələbə qazandı. Rəqibi təbrik edirəm. Biz də qarşıdakı oyunlarda daha yaxşı oynayıb, qələbə qazanmağa çalışacağıq.

- "Qarabağ"ın bu məğlubiyyətini gözlənilməz adlandırmaq olar?
- Düzünü deyim ki, uduzacağımızı gözləmirdim. Amma meydanda nəyin baş verəcəyini öncədən heç kim bilmir.

- "Qarabağ" rəqibindən nədə zəif idi ki, belə məğlubiyyətlə üzləşdi?
- Ələ düşən qol vəziyyətlərindən yararlansaydıq, tam fərqli matç olacaqdı. O zaman qələbə də bizim olardı.

- Bu, komandaya qayıdışınızdan sonrakı ilk rəsmi oyun idi. Yəqin ki, belə bir görüşdə uduzmaq sizin üçün ikiqat üzücü oldu?
- Əlbəttə. Məğlubiyyət həmişə üzücü olur. Mən qələbə arzulayırdım.

- Sizin də qol vurmaq şansınız oldu...
- Qol vurmaq üçün çox çalışırdım. Amma əfsuslar olsun ki, alınmadı.

- Premyer Liqanın fasilədən sonrakı ilk turu maraqlı tendensiyanı üzə çıxardı. Ölkə ərazisində hazırlıq keçən üç klub Türkiyədə toplanışda olmuş iddialı rəqiblərinə qalib gəldilər...
- Bu barədə heç nə deyə bilmərəm.

- AZAL-a məğlubiyyət növbəti turlardakı çıxışınıza nə dərəcədə təsir göstərə bilər?
- Bu məğlubiyyət nə şokdur, nə də həyatın sonu. Premyer Liqa uzun yarışdır. Belə məğlubiyyətlər ola bilər. Biz peşəkar futbolçularıq və önümüzdəki oyunlara baxacağıq.

- Çempionatımız sizin olmadığınız dövrdə nə dərəcədə dəyişib?
- Onu deyə bilərəm ki, Premyer Liqa hər il daha da maraqlı keçir. Hər bir oyunda istənilən komandadan qələbə gözləmək mümkündür. Bu, Azərbaycan futbolunun inkişafı baxımından çox önəmlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.