1 fevral 2016 12:15
Şaxtyorun forvardı Qaradağ Lökbatana keçdi
Qazaxıstanın "Şaxtyor" klubunun hücumçusu Akif Həsənov karyerasını Azərbaycanda davam etdirəcək. Azerisport.az xəbər verir ki, 19 yaşlı forvardı birinci divizion təmsilçisi "Qaradağ Lökbatan"la anlaşıb.
Tərəflər artıq rəsmi müqavilə də imzalayıblar. Həsənov yeni klubunda 94 nömrəli futbolkada çıxışedəcək. Müqavilənin müddəti isə mövsümün sonuna qədərdir. Məlumatı "Şaxtyor"un rəsmi saytı yayıb.
Qeyd edək ki, Həsənov bir müddət öncə "Neftçi"də baxışda olmuşdu. Amma baş məşqçi Əsgər Abdullayev onu bəyənməmişdi. Akif həm də Azərbaycanın U-19 yığmasının sabiq hücumçusudur.
