1 fevral 2016 00:20
Qurban Qurbanov: Məğlub olsaq da, futbolçularımızdan razı qaldım
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Tərlan Əhmədovu təbrik etmək istərdim. Doğrudan da döyüşkən kollektiv yarada bilib. Öz futbolçularımdan da razı qaldım. Bizim qol vurmaq üçün şanslarımız oldu. Sadəcə, şanslarımızdan yararlana bilmədik. Çatışmazlıqlar var".
