1 fevral 2016 00:00
Adil Şükürov: İnterin zəif və güclü cəhətlərini bilirdik
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Azarkeşlərə dəstəyə görə təşəkkürümü bildirirəm. Klub rəhbərliyinə də Antalyada toplanış keçməyimizə şərait yaratdığı üçün minnətdaram. Bu uğurumuz da xaricdəki toplanışımızın bəhrəsidir. Qarşımızdakı güclü rəqib idi. Amma "İnter"in güclü və zəif cəhətlərini bilirdik. Bundan da istifadə edib, vacib qələbə qazandıq".
