31 yanvar 2016 19:50
Zaur Svanadze: Məğlubiyyətə layiq deyildik
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Pis oynamadıq. Hətta deyərdim ki, 75 dəqiqə yaxşı çıxış etdik. İkinci hissədə hətta hesabı da bərabərləşdirdik. Amma standart vəziyyətdən sonra qol buraxdıq. Məğlubiyyəti layiqli nəticə hesab etmirəm. Bunu demək üçün əsasımız da var. Çünki kifayət qədər qol epizodu yaratdıq".
