31 yanvar 2016 18:00
Tərlan Əhmədov: Qarabağ ilə oyunlardakı sindromu qırdığımıza görə şadam
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Biz "Qarabağ"ı məğlub edə bilmirdik. Şadam ki, bu gün uğursuz sindroma son qoya bildik. Komandamdan razıyam. Göstərdiyimiz oyundan, nəticədən də razı qaldım. Yaxşı futbol sərgilədik. Yeni futbolçularımızdan da razı qaldım. Hiss olunurdu ki, komanda toplanışdan sonra yaxşı vəziyyətdədir".
