31 yanvar 2016 17:30
Bəhmən Həsənov: Hər iki komandanın qol vurmaq şansı oldu
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Heyətdə çoxlu dəyişiklik vardı. Bəzi futbolçular məlum səbəblərdən qış fasiləsi zamanı komandamızı tərk etmişdi. İki futbolçumuz elə "Xəzər Lənkəran"a keçib. Rəqib komanda da bizimlə oxşar vəziyyətdədir. Amma onların gənclərdən ibarət komandası istənilən rəqib üçün başağrısı sayıla bilər. Qazonun durumu da yaxşı deyildi. Buna baxmayaraq, hər iki komandanın qol vurmaq üçün şansları oldu".
