31 yanvar 2016 17:00
Elbrus Məmmədov: Rəvanla heç-heçəni normal hesab edirəm
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu, qış fasiləsindən sonrakı ilk rəsmi oyunumuz idi. Bilirdik ki, problemlərimiz olacaq. İstədiyimiz kimi hazırlıq keçə bilməmişdik. Komandamız demək olar ki, yenidir. Uşaqlara heç bir iradım yoxdur. Fikrimcə, oyundan-oyuna artıracaqlar. Bütün bunları nəzərə alsaq, bu heç-heçəni normal hesab edirəm. Baxmayaraq ki, qələbə qazanmaq arzusundaydıq".
