31 yanvar 2016 15:00
Elşən Rzazadə: Neftçiyə faydalı olmağa çalışacağam
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Elşən Rzazadə "Neftçi"yə transferindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"yə faydalı olmağa çalışacağam. Lənkəran klubu da sağ olsun ki, məni dəstəklədi. Ümid edirəm ki, onlar məni başa düşəcəklər. "Xəzər Lənkəran" məni transferə çıxarmışdı. Mən də "Neftçi"yə keçdim. "XƏzər Lənkəran"a uğurlar arzulayıram".
