31 yanvar 2016 14:40
Aleksandr Quruli: Qarabağa qalib gəlməyi hamı istəyir
AZAL-ın yarımmüdafiəçisi Aleksandr Quruli Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" haqda nə demək olar? Çempionatın lideri və ən yaxşı komandasıdır. Bu komandaya qalib gəlməyi hamı istəyir. Bir neçə transfer həyata keçirmişik. Güclü oyunçular almışıq. ÜMid edirəm ki, onlar "Qarabağ"a qalib gəlməkdə bizə kömək edəcəklər. Avrokuboklara düşmək üçün buna nail olmalıyıq".
