31 yanvar 2016 14:00

"Antalya toplanışı çempionatı lider kimi başa vurmağımıza imkan verəcək"

"Qəbələ"nin əvəzedici komandasının məşqçisi Elmar Baxşıyev Antalya toplanışı barədə klub qəzetinə açıqlama verib. Azerisport.az xəbər verir ki, 36 yaşlı mütəxəssis hazırlıqdan razı qaldığını bildirib:

“Təlim-məşq toplanışı çox səmərəli oldu. Nə planlaşdırmışdıqsa, hamısını həyata keçirə  bildik. Buna həm Antalyada yaradılan əlverişli şərait, həm də yoxlama oyunları üçün seçilən sınaqçı komandalarla qarşılaşmalar sayəsində nail olduq. Xüsusilə, “Ayntraxt”la görüşü qeyd edərdim. Tam fərqli bir komanda ilə qarşılaşdıq. Almanlarla oyunda Avropa futbol məktəbinin bütün ünsürləri, müasir futbolun elementləri özünü qabarıq şəkildə  göstərdi. Düşünürəm ki, bu da püxtələşməkdə olan futbolçularımız üçün çox faydalı oldu”.

Baş məşqçi Ramin Quliyevin köməkçisi olan gənc çalışdırıcı vurğulayıb ki, yoxlama matçlarında bütün futbolçulara öz bacarıqlarını göstərmək imkanı yaradılıb: “Yoxlama oyunlarında heyətin bütün üzvlərinə şans verdik. Bununla da futbolçular arasında oyun balansını qorumağa çalışdıq. Yəni çempionatda az oynayan futbolçulara imkan yaratdıq ki, oyun təcrübələrini daha da artırsınlar. Bildiyiniz kimi, 3 futbolçumuz əsas komandanın heyətində hazırlığa cəlb edilmişdi. Üstəlik, Ehtiram Şahverdiyev də millinin düşərgəsində idi. Bu amillər də heyətdə oyun təcrübəsi az olan futbolçulara özlərini sübut etməyə kömək oldu”.

Təlim-məşq toplanışı qabaqcadan nəzərdə tutulduğu kimi, yanvarın 25-də deyil, 2 gün tez basa çatıb. Baxşıyevin fikrincə, Vətənə erkən dönmələri komandanın xeyrinə olacaq: “Toplanışın 2 gün tez yekunlaşması planlarımıza mənfi təsir etmədi. Hətta deyərdim ki, xeyrimizə oldu. Çünki gec qayıtsaydıq, “Kəpəz”lə yanvarın 29-dakı çempionat oyununa qədər uyğunlaşma baxımından əziyyət çəkəcəkdik. Düşünürəm ki, Antalyada keçdiyimiz yaxşı hazırlıq qış fasiləsi ərəfəsində uğurları qorumağa, çempionatı lider kimi başa vurmağa imkan verəcək. Bunun vacibliyini futbolçular da dərk edirlər”. ("Qəbələ İK")

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.