Neftçi könüllülərə sertifikatlar təqdim etdi
“Neftçi” – “Sumqayıt” oyunundan öncə bu mövsüm paytaxt klubunun ev oyunlarında fəal iştirak etmiş könüllülərə sertifikatlar təqdim olunub. Azerisport.az xəbər verir ki, könüllülər əsas komandanın üzvləri – Elşən Abdullayev, Fəhmin Muradbəyli və Mirabdulla Abbasov ilə xatirə şəkli çəkdiriblər.
Oyunun fasiləsində isə könüllülər azarkeşlərin alqış sədaları altında meydana dəvət olunublar.
“Neftçi” – “Sumqayıt” oyunundan əvvəl azarkeşlər arasında ənənəvi penalti yarışması və əyləncəli virtual penalti müsabiqəsi də baş tutub. 31 iştirakçının qatıldğı penalti yarışmasında zərbələri dəqiq yerinə yetirməklə 15 xal toplayan "Neftçi" azarkeşi Sübhan Əliyev klubun orijinal formasını qazanıb. Qalibə hədiyyəni “Neftçi”nin idman direktoru Vəli Qasımov təqdim edib. (klub saytı)
