31 yanvar 2016 13:20

Ruslan Abışov: Ağrısız futbol oynamaq üçün çox darıxmışam

"Qəbələ"nin futbolçusu Ruslan Abışovun Almaniyada müalicəsi yekunlaşıb. Azerisport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi belindəki ağrılar üzündən komandasının Antalyadakı toplanışının ilk günlərində düşərgəni tərk etməli olub.

Müalicə məqsədi ilə Münhenə yollanan Ruslan klub qəzetinə son durumu haqda məlumat verib: “Onurğa sütunumda 3 yırtıq var. Ağrılar dizimə verirdi. Buna görə müalicə olunmağım qaçılmaz idi. Artıq 2 həftədir Münhendə bərpa prosesi keçirəm. Müalicəm yaxşı gedir. Yanvarın sonunda Bakıya qayıdıb təkrar müayinə olunacağam. Cavablar yaxşı olsa, maksimum 1 həftəyə komandanın hazırlığına qoşulacağam. Bu, ilk növbədə fiziki durumumla bağlı olacaq”.

Abışov komanda ilə qış hazırlığını keçə biməməsinin ona ciddi problem yaratmayacağına ümid edir: “Doğrudur, çox istəyirdim Antalya toplanışında iştirak edim. Ancaq zədəylə bağlı hazırlıqdan kənarda qalmalı oldum. Ağrısız futbol oynamaq üçün çox darıxmışam. Bu zədə məndə çoxdan var idi və oyunuma pis təsir edirdi. Artıq tam sağalıb komandama kömək etmək istəyirəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.