31 yanvar 2016 13:00
"Qarabağ fəxrimiz olsa da, onları məğlub etmək istəyirik"
AZAL-ın müdafiəçisi Elnur Cəfərquliyev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mövsümün qalan hissəsinə yaxşı hazırlaşmışıq. AZAL çempionatdakı son oyunlarda öz gücünü göstərə bilmişdi. Bu gün isə çox güclü rəqibə qarşı oynayacağıq. "Qarabağ"la oyun həmişəki kimi, yenə çətin olacaq. Fikrimcə, hər iki komanda üçün çətin görüş olacaq. Etiraf edim ki, "Qarabağ" bizim fəxrimiz olsa da, onları məğlub etmək istəyirik".
