31 yanvar 2016 12:20
Elvin Yunuszadə: AZAL-la matçda qələbəyə oynayacağıq
"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyunda qələbəyə oynayacağıq. Hələ əsas heyətdə olub-olmayacağımı bilmirəm. Amma oyuna ciddi hazırlaşmışıq. Baş məşqçidən şans gözləyirəm. Fasilə zamanı komandan bir neçə futbolçu tərk etdi, yeni oyunçular gəldi. "Qarabağ"ın güclü və ya zəif olduğunu zaman göstərəcək. Gedənlərin arasında Elvin Məmmədov da var. O, yaxşı futbolçudur. Ona yeni komandasında uğurlar arzulayıram. Elnur Cəfərova gəlincə, o da çox perspektivlidir. Düzünü deyim ki, hələ onun "Qarabağ"a keçib-keçmədiyini bilmirəm".
