31 yanvar 2016 11:30
Dmitri Nazarov qol vurdu, Karlsrue qalib gəldi
Almaniyanın "Karlsrue" klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda bu ölkənin digər klubu "Qroyter Fyurt" ilə qarşılaşıb.
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Məğlub duruma düşən "Karlsrue"yə qələbəni məhz Nazarov qazandırıb. 46-cı dəqiqədə meydana çıxan millimizin üzvü 72-ci dəqiqədə penaltidən qol vurmaqla, "Karlsrue"nin qələbəsini təmin edib.
