31 yanvar 2016 11:00
Emil Balayevsiz Ayntraxt xal itirdi
Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi səfərdə "Auqsburq"la qarşılaşıb. Matç qolsuz başa çatıb - 0:0. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 21 xalla 13-cü pillədə qərarlaşıb.
