31 yanvar 2016 00:45

Vaqif Cavadov: Neftçi ilə oyundakı səhvləri növbəti görüşlərdə təkrarlamamalıyam

"Sumqayıt"ın hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyərdiniz?
- Pis oynamadıq. Özümüzü yaxşı tərəfdən göstərməyə, nəticə qazanmağa çalışdıq. Amma alınmadı.

- Məğlubiyyətinizə nə səbəb oldu?
- Bircə səhvə yol verdik, "Neftçi" də ondan yararlanıb, qol vurdu. Bu oyundan sonra daha da güclənəcəyik. Yaxşı qol vəziyyətlərimiz oldu. Amma onlardan yararlana bilmədik.

- "Sumqayıt"dakı ilk rəsmi oyundakı çıxışınızı necə qiymətləndirərdiniz?
- Məni çoxdan tanıyırsınız. Öz oyunum haqda heç vaxt danışmıram. Bu gün də danışmayacağam. Sadəcə, öz üzərimdə daha çox işləmək lazım olduğunu düşünürəm. Növbəti oyunlarda bu gün buraxdığım səhvləri təkrarlamağa çalışmalıyam.

- "Sumqayıt" ilk hissə ilə müqayisədə fasilədən sonra fərqli oynamağa başladı. Nə baş verdi ki?
- Xüsusi heç nə. Görüşün ilk on dəqiqəsində yaxşı oynamadıq. İkinci hissədə də elə oldu. İlk dəqiqələrdən səhvə yol verdik və qol buraxdıq. Rəqibdən qorxmurduq. Sadəcə, bir səhv bizə mane oldu. Bütövlükdə, pis oynamadıq.

- Siz özünüz də bir neçə epizodda qol vurmağa yaxın oldunuz...
- Elədir, şansım ldu. Bir epizodda hətta top qapı dirəyinə tuş gəldi. Uşaqların hər biri ürəkdən oynadı. Sadəcə, bu gün bizim günümüz deyildi. Buna görə də qol vura, qələbə qazana bilmədik.

- Meydanda aqressiv görünürdünüz...
- Uduzmağımızı istəmirdim. Aqressivlik də ona görə idi.

- Son dövrlər əvvəlki oyununuzu sərgiləyə bilmirsiniz. Bunu tez-tez komanda dəyişməyinizlə əlaqələndirmək olar?
- Ola bilər. Amma bunun "Neftçi"yə qarşı sərgilədiyimiz bu oyunla heç bir əlaqəsi yox idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.