31 yanvar 2016 00:35
Eddi İsrafilovsuz Eybar yenə məğlub oldu
İspaniya La Liqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Malaqa" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. İsrafilov bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Eybar" hazırda 33 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
