31 yanvar 2016 00:25

Anyete: Neftçinin öz hədəfi var

"Neftçi"nin hücumçusu Anyete Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox çətin oyun alındı. Amma biz bunu gözləyirdik. Yaxşı ki, hər şeyə rəğmən, sonda qalib gələ bildik.

- Bu mövsüm "Neftçi"də ən yaxşı "Sumqayıt"la oyunlar alınır. Bu komanda ilə oyunlarda cari mövsüm ardıcıl üçüncü qələbə nə ilə bağlıdır?
- Xüsusi bir səbəbi yoxdur. Hərdən elə olur ki, hansısa komandaya qarşı ardıcıl yaxşı oyunlar sərgiləyə bilirsən.

- "Neftçi" hətta parlaq oyun göstərmədiyi halda da, sumqayıtlılara qalib gəlir...
- Bu, futboldur. Hətta oyun getməyəndə də elə bir taktika seçirsən ki, rəqibinə qalib gələ bilirsən.

- İkinci hissədə əvəzlənərkən çox narazı görünürdünüz...
- Sadəcə, həmişə qol vurmaq istəyirəm. Amma buna nail ola bilməyəndə narazı qalıram.

- Qol vurmağınıza nə mane olur ki?
- Qol vurmağı çox istəsəm də, futbol kollektiv oyunudur. Bu görüşdə də komandam qalib gəldi. Əsas da budur. Mövsümün birinci yarısında məhsuldar çıxış edə bilməməyimin səbəbi var idi. Çünki çox vaxt zədəli oldum.

- Epizodların birində penalti tələb etdiyiniz halda simulyasiyaya görə sarı vərəqə aldınız...
- Bu, hakim tərəfindən verilən inanılmaz bir qərar idi. Şokdaydım. Orada qayda pozuntusu var idi.

- Komandanız avrozonadan uzaqda qalsa da, bəzi klublar hətta avrokuboklara vəsiqə qazansalar da belə, çıxış etməkdən məhrum edilmək təhlükəsi ilə üz-üzədirlər. Bu, sizə stimul verir?
- Bu və ya digər komandanın hansı mövqedə olmasının bizə aidiyyatı yoxdur. Onların hansının avrokuboklarda oynayıb-oynamayacağının da həmçinin. Bizim öz hədəfimiz var. Mövsümün sonunda avrokuboklara vəsiqə verən yerlərdən birində olmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.