30 yanvar 2016 20:20
Kaue də Neftçidən getdi
“Neftçi”nin futbolçusu Kaue da Silva klub rəhbərliyinə müraciət edərək ona başqa klubdan təklif gəldiyini bildirib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi öz növbəsində yarımmüdafiəçinin digər kluba keçməsi ilə bağlı müraciətini müsbət cavablayıb.
Nəticədə braziliyalı futbolçu ilə müqaviləyə səmərəli şərtlərlə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Bu gün isə Kaue klub rəhbərliyi və komanda üzvləri ilə görüşüb. Futbolçuya “Neftçi”də oynadığı müddətdə komandaya göstərdiyi xidmətinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb. (klub saytı)
