Samir Abasov: Neftçi layiqli qələbə qazandı
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Bu gün meydanda təkcə "Neftçi" var idi, "Sumqayıt" isə meydanda yox idi. Bəlkə də komanda üzvləri bu qarşılaşmanın yoxlama oyunu yox, çempionat matçı olduğunu dərk etmirdilər. Yeni futbolçulara gəlincə, onlardan razıyam. Səlahət Ağayev bu gün komandaya çox kömək etdi. Vaqif Cavadov da tədricən forma yığır. O, zaman keçdikcə bizim oyun üslubumuza daha da yaxşı alışacaq. Bu gün isə oyun planında axsayırdı. Fikrimcə, ona daha çox vermək lazımdır". (CBC)
