30 yanvar 2016 18:40
Əsgər Abdullayev: Sumqayıtın güclü və zəif cəhətlərini bilirdik
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin olacağını bilirdik. "Sumqayıt" hər bir komanda üçün çətin rəqibdir. Biz onların güclü və zəif cəhətlərini bilirdik. Bu da bizim xeyrimizə işlədi. Bu gün üç futbolçumuz cəzalı olduğundan, meydana çıxa bilməmişdi. Onların ikisi dayaq yarımmüdafiəçisi idi. Nəticədə, Mellini həmin mövqedə oynatmaq məcburiyyətində qalmışdıq. O, ümidlərimizi doğrultdu. Uşaqların hamısına minnətdaram. Sonadək mübarizə apardılar. İndi bizim üçün hər bir xal vacibdir. Qalib gəldiyimiz üçün şadam". (CBC)
