30 yanvar 2016 14:20
Pərdis Fərcad-Azad: Nəyə qadir olduğumuzu göstərsək, Neftçiyə qalib gələcəyik
"Sumqayıt"ın hücumçusu Pərdis Fərcad-Azad Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün meydana yaxşı əhval-ruhiyyədə çıxacağıq. Çünki komandamız bu qış yaxşı toplanış keçdi. Tam hazırıq. Qələbə qazanmaq istəyirik. Nəyə qadir olduğumuzu göstərə bilsək, "Neftçi"ni məğlub edəcəyik. Bu, təkcə Bakı klubu ilə oyuna aid deyil. Qarşıdakı oyunda rəqibin heyətində Aylton, Erik Ramos, Kaue kimi aparıcı ifaçılar olmayacaq. Amma "Neftçi"nin güclü futbolçuları çoxdur. Xüsusi olaraq Araz Abdullayevi qeyd etmək istərdim. Onun oyun üslubu mənim xoşuma gəlir".
