30 yanvar 2016 13:40
Elbrus Məmmədov: Rəvan öz meydanımızda məğlub edəcəyimiz rəqibdir
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionata təxminən 40 faiz hazırıq. Bunun da müəyyən səbəbləri var. Birincisi, çox gec toplandıq. Yeni futbolçuların gəlməsini də çox gözlədik. Çox vaxt itirdik. Buna baxmayaraq, uşaqların qələbə əzminə ümid edirik. "Rəvan" öz meydanımızda məğlub edə biləcəyimiz rəqiblərdəndir".
