30 yanvar 2016 14:00
XL Elnur Cəfərova görə 30 000 dollar istəyir
"Xəzər Lənkəran" transferə çıxardığı gənc futbolçu Elnur Cəfərova 30 000 dollar qiymət qoyub. Azerisport.az xəbər verir ki, bu hücumçunu heyətində görmək istəyən klub məhz sözügedən məbləği (təxminən 50 000 AZN) cənub klubunun hesabına keçirməlidir.
Qeyd edək ki, Cəfərovla həm yerli, həm də əcnəbi klublar maraqlanır. Amma Elnur özü ölkə xaricində oynamaqda maraqlıdır.
