30 yanvar 2016 13:00
Eddi İsrafilov Malaqaya qarşı oynamayacaq
Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilov İspaniya La Liqasının 22-ci turunda meydana çıxmayacaq. Azerisport.az xəbər verir ki, o, "Eybar"ın "Malaqa"ya qarşı oyun üçün meydana çıxmağa hazır olan futbolçularının siyahısında yer almayıb.
Qeyd edək ki, İsrafilov zədəsi olmadığı halda iştirak ərizəsinə daxil edilməyən yeganə oyunçudur. Baş məşqçi Xose Luis Mendibaların onu niyə siyahıdan kənarda qoyduğu dəqiq bilinmir. Amma böyük ehtimalla bu, onun son günlərdə "Alaves"ə keçəcəyi barədə xəbərlərlə bağlıdır. Sequnda Liqanın lideri futbolçumuzla yaxından maraqlanır və qısa zamanda onu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, İsrafilov müqavilə ilə "Real Mursiya"ya məxsusdur. O, La Liqa klubunda icarə əsasında oynayır.
