30 yanvar 2016 12:40
Azərbaycan yığmasının və Xəzər Lənkəranın futbolçusu Neftçidə
“Neftçi” Azərbaycan yığma komandasının üzvü Elşən Rzazadə ilə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi növbəti 1 il 6 ay müddətində paytaxt klubunun formasını geyinəcək.
Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb. (klub saytı)
