30 yanvar 2016 12:20
Kəpəzi Qəbələ ilə oyuna Diniyev özü çıxaracaq
Ötən gün "Kəpəz"in baş məşqçisi Şahin Diniyevin səhhətində problem yarandığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu üzdən xəstəxanaya yerləşdirilən təcrübəli mütəxəssis komandası ilə birgə Gəncəyə yollana bilməmişdi.
Artıq ondan yeni xəbər də var. Belə ki, klubun mətbuat xidmətindən verilən məlumata görə, hazırda Diniyevin vəziyyəti qismən yaxşıdır və baş məşqçi dünən Gəncəyə gələrək komandaya qoşulub. Bu gün komandanı meydana da məhz özü çıxaracaq.
