30 yanvar 2016 12:00

Vadim Abdullayev: Start heyətdə oynamağa hazıram

“Qəbələ”nin əsas komandasının Antalya toplanışında bir neçə gənc futbolçu da iştirak edib. Azerisport.az xəbər verir ki, mövsümün ilk yarısında, əsasən, əvəzedici heyətdə çıxış edən Vadim Abdullayev də onların arasında olub. Yay fasiləsində əsas komandaya transfer olunan Vadim klub qəzetinə açıqlamasında öncə “qırmızı-qaralar”a keçdiyi dövrü xatırlayıb:

“Qəbələ”yə 5 ay öncə keçsəm də, hələ əsas heyətdə rəsmi debüt edə bilməmişəm. İkinci məşqdə aldığım zədə üzündən bir müddət yaşıl meydanlardan kənarda qaldım. Barmağım sındı və Türkiyədə əməliyyat olundum. İki ay yarımdan sonra məşqlərə başladım. Formaya düşmək üçün bir müddət əvəzedici heyətdə çıxış etməli oldum. Ancaq bu müddətdə əsas komanda ilə məşq edirdim”.

Abdullayev mövsümün ilk yarısında ona şans veriləcəyini gözləsə də, bu, gerçəkləşməyib. O, Antalyadakı təlim-məşq toplanışında Roman Qriqorçukun sərəncamında olacağını gözləyirmiş: “Əsas komandanın üzvü olduğumdan Qriqorçuk məni də sınamaq istəyirdi. Odur ki, ukraynalı çalışdırıcımız hər 3 matçda məni start heyətində meydançaya buraxdı. Özümü yaxşı göstərmək üçün əlimdən gələni etdim. Ümidvaram ki, nəticəsini çempionatda görəcəyəm”.

Vadim yoxlama oyununda qol vurmağı da bacarıb. Belə ki, “Sürix” üzərində darmadağının (4:0) əsasını məhz Abdullayev qoyub. Neçə vaxtdır oynamayan futbolçu əsas komandada ikinci matçında qol vurub: “Əlbəttə, bu, məni çox sevindirdi. Mən daha öncə “Bakı”da, “Simurq”da da təcrübəli futbolçularla, legionerlərlə birgə çıxış etmişəm. 21 yaşım olsa da, çempionat oyunlarında az oynamamışam və bu sahədə təcrübəm var”.

Abdullayev “Qəbələ”nin oyun üslubunu əvvəllər oynadığı komandalarla müqayisə edib: “Sözsüz ki, hər komandanın, hər baş məşqçinin özünəməxsus oyun fəlsəfəsi var. Roman Qriqorçuk hücum futboluna üstünlük verir. Topu itirəndən sonra onu rəqibdən tez alıb yenidən hücum etməyimizi istəyir”.

Vadimin yoxlama matçlarında start heyətində yer almasında Elvin Camalovun zədəli olması da az rol oynamayıb. Hər ikisi 21 yaş limitinə uyğun gələn futbolçu olduğundan, Qriqorçuk Elvinin yerinə Vadimi sınamağı lazım bilib: “Camalov xeyli vaxtdır əsas komandada oynayır. Üstəlik, “Qəbələ” Futbol Akademiyasının yetirməsidir. Sözsüz ki, Elvinin bu baxımdan üstünlüyü var. Ancaq yekun qərarı baş məşqçi verir. Start heyətdə oynamağa hazıram və baş məşqçinin etimadını qazanmaq üçün əlimdən gələni edirəm. Vacib odur ki, zədəm tam sağalıb və özümü yaxşı hiss edirəm. Əsas məqsədim müntəzəm oynamaq, “Qəbələ” ilə nəticə qazanmaq və avrokuboklarda çıxış etməkdir. İnanıram ki, komandamın heyətində avrokuboklarda oynamaq mənə də nəsib olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.